İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının iclası keçirilib

Martın 10-da İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən Bizim.Media-ya verilən məlumata görə, iclasda Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, İqtisadiyyat, Xarici İşlər, Maliyyə, Energetika, Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Dövlət Neft Şirkəti, Meliorasiya və Su Təsərrüfatı ASC, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Dövlət Statistika Komitəsinin nümayəndələri iştirak ediblər.

Baş nazirin müavini, Dövlət Komissiyasının sədri Əli Əhmədov Azərbaycanın 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin təsirlərinin azaldılması üzrə beynəlxalq səylərə qoşulduğunu və 2016-cı ildən Paris Sazişinə uyğun beynəlxalq təşəbbüslərə özünün töhfəsi olaraq baza ili ilə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35% azalmanı hədəf kimi götürdüyünü qeyd edib.
O xüsusi vurğulayıb ki, iqlim dəyişmələri ilə bağlı problemin aktuallığının əhəmiyyətini nəzərə alaraq ölkəmiz iqlim dəyişmələrinin təsirinin azaldılması sahəsində zəruri beynəlxalq həmrəyliyi həyata keçiri, istilik effekti yaradan qazların emissiyasının azaldılması hədəflərinə çatmaq üçün bir sıra layihələri reallaşdırır.

Kənd təsərrüfatı naziri İnam Kərimov iqlim dəyişmələrinin kənd təsərrüfatına təsiri və bunun nəticəsində yarana biləcək problemlər barədə məlumat verib.

Tədbirdə Dövlət Komissiyasının sədr müavini, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev İqlim dəyişmələrinin yaratdığı risklər və iqlim dəyişmələrinin təsirinə daha çox həssas olan sahələrin bu prosesə uyğunlaşması (adoptasiyası) istiqamətində görülməsi zəruri olan tədbirlər ətrafında çıxış edib.

Dövlət Komissiyasının Katibliyinin rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Katibliyin və İşçi Qrupun fəaliyyəti, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva isə “Müəyyən Edilmiş Milli Töhfələr” (NDC) sənədinin yenilənməsi və İşğaldan azad edilmiş ərazilərdə 2050-ci ilə qədər “netto sıfır emissiya” zonası hədəflərinə çatmaqla bağlı zəruri olan tədbirlər barədə məlumat veriblər.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, energetika nazirinin müavini Samir Vəliyev, Dövlət Statistika Komitəsinin sədr müavinin Yusif Yusifov müvafiq sektorlar üzrə görülmüş işlər və nəzərdə tutulan növbəti addımlar barədə fikirlərini bildiriblər.
Müzakirələrin nəticəsinə əsasən, Dövlət Komissiyasının sədri Əli Əhmədov “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” (NDC) sənədinin yenilənməsi, “Aşağı emissiyalı inkişaf strategiyası”nın hazırlanması və İşğaldan azad olunmuş ərazilərdə 2050-ci ilə qədər “netto sıfır emissiya” zonasının yaradılması ilə əlaqədar müvafiq tapşırıqlar verib, bu sahədə məlumatlandırılmanın artırılması üçün təşviqat və təbliğat işlərinin genişləndirilməsinin zəruriliyini Komissiya üzvlərinin diqqətinə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İkinci Liqa: “Şəmkir” səfərdə uduzdu

İkinci Liqa: “Şəmkir” səfərdə uduzdu

Bunları bilmədən yumurta ALMAYIN

Bunları bilmədən yumurta ALMAYIN

“Neftçi”dən gedən hücumçu bu kluba KEÇDİ

“Neftçi”dən gedən hücumçu bu kluba KEÇDİ

Zaurdan Xalq artistinə: “70 illiyini Lalənin verilişində qeyd etdiyin üçün küsdüm” - VİDEO

Zaurdan Xalq artistinə: “70 illiyini Lalənin verilişində qeyd etdiyin üçün küsdüm” - VİDEO

İlin ən yaxşı klubu PSJ SEÇİLDİ

İlin ən yaxşı klubu PSJ SEÇİLDİ

Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi

Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi

BMT tribunasından İsraili soyqırım törətməkdə ittiham edərkən Ərdoğanın “səsi kəsildi” - ANBAAN VİDEO

BMT tribunasından İsraili soyqırım törətməkdə ittiham edərkən Ərdoğanın “səsi kəsildi” - ANBAAN VİDEO

"Qızıl top"un sahibi MÜƏYYƏNLƏŞDİ

"Qızıl top"un sahibi MÜƏYYƏNLƏŞDİ

Sabirabadda zəlzələ BAŞ VERDİ

Sabirabadda zəlzələ BAŞ VERDİ

“Turan”da serbiyalı voleybolçu

“Turan”da serbiyalı voleybolçu

Ərdoğan: “Netanyahu hökumətinin məqsədi Fələstin dövlətinin qurulmasını mümkünsüz etməkdir” - VİDEO

Ərdoğan: “Netanyahu hökumətinin məqsədi Fələstin dövlətinin qurulmasını mümkünsüz etməkdir” - VİDEO

“Lev Yaşin” mükafatının qalibi BİLİNDİ

“Lev Yaşin” mükafatının qalibi BİLİNDİ

İlham Əliyev Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti ilə görüşüb - FOTO

İlham Əliyev Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti ilə görüşüb - FOTO

İlin ən yaxşı gənc futbolçusu MƏLUM OLDU

İlin ən yaxşı gənc futbolçusu MƏLUM OLDU

Əlikram AĞLADI: “Həyatımın ən dəhşətli günləri idi” - VİDEO

Əlikram AĞLADI: “Həyatımın ən dəhşətli günləri idi” - VİDEO

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Sea Breeze and Real Estate” panel sessiyası keçirildi - FOTO

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Sea Breeze and Real Estate” panel sessiyası keçirildi - FOTO

Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra öldü

Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra öldü

İlin ən yaxşı məşqçisi müəyyənləşdi - FOTO

İlin ən yaxşı məşqçisi müəyyənləşdi - FOTO

Qaxda 64 yaşlı piyadanı maşın vuraraq öldürdü

Qaxda 64 yaşlı piyadanı maşın vuraraq öldürdü

Fransa Fələstin dövlətini rəsmən TANIDI - VİDEO

Fransa Fələstin dövlətini rəsmən TANIDI - VİDEO

“Tottenhem” bu futbolçu ilə bağlı QƏRAR VERDİ

“Tottenhem” bu futbolçu ilə bağlı QƏRAR VERDİ

Bakıda şadlıq sarayında yanğın baş verdi - FOTO

Bakıda şadlıq sarayında yanğın baş verdi - FOTO

İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşdü - FOTO

İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşdü - FOTO

Prezident və birinci xanım Nyu-Yorkda - VİDEO

Prezident və birinci xanım Nyu-Yorkda - VİDEO

End of content

No more pages to load

RADİO