İranın Yəzd şəhərində 4 məscid naməlum şəxs və ya şəxslər tərəfindən yandırılıb.
Bizim.Media Mehr agentliyinə istinadən xəbər verir ki, hadisə səhər saatlarında Yəzdin Azadşəhr bölgəsində baş verib.
Polisin ətrafdakı təhlükəsizlik kameraları və digər şəxsiyyəti müəyyənləşdirmə üsullarından istifadə edərək hadisəni törədənləri müəyyən etməyə çalışdığı bildirilib.
Səlahiyyətlilər hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Bizim.Media