Bu gün axşam saatlarında (təqribən 18:00) Türkiyədən sonuncu təxliyə avtobusu Azərbaycana yola düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə APA-ya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.
Onun sözlərinə görə, Adana Avtovağzalından yola düşən sonuncu təxliyə avtobusundakı həmvətənlərimizin konkret sayı barədə əlavə məlumat veriləcək.
Bizim.Media