Ucar rayonunun Qaracallı kəndi ərazisində “Mercedes” markalı minik avtomobili su kanalına aşıb.
Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 3 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir ) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bizim.Media