10 yaşlı oğlan donmuş gölməçəyə düşən 6 yaşlı bacısını xilas etməyə çalışarkən həyatını itirib.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, hadisə ABŞ-ın Tennessi ştatında baş verib.
Məlumata görə, 10 yaşlı Bencamin donmuş gölməçəyə düşən 6 yaşlı bacısını xilas edib. Özü isə həmin gölməçəyə yıxılaraq boğulub.
Qardaşının qəhrəmanlığı sayəsində sağ qalan qız isə xəstəxanaya yerləşrilib.
Bizim.Media