Bəzi sosial şəbəkə səhifələrində fevralında 19-da çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edən S.Atakişiyevanın şəxsi yazışmalarını əks etdirən fotoşəkil və informasiyalar yayılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, bununla bağlı araşdırmalar aparılır.
"Bildiririk ki, yayılmış foto və məlumatlar üzrə Xətai rayon prokurorluğunda hərtərəfli araşdırmaların aparılması təmin ediləcəkdir", - deyə məlumçatda qeyd edilir.
Bizim.Media


