Rəsmi Bakıdan Laçın yolu ilə bağlı BMT-yə MÜRACİƏT 

Xarici işlər naziri Ceyhun Bayramovun Beynəlxalq Ədalət Məhkəməsinin İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə 22 fevral 2023-cü il tarixli qərarı ilə bağlı BMT baş katibinə fevralın 27-də ünvanlandığı məktub Təhlükəsizlik Şurasının və Baş Assambleyanın sənədi kimi yayılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məktubda Beynəlxalq Ədalət Məhkəməsinin qərarları şərh olunur və Ermənistanın əvvəlki qərar üzrə pozuntuları diqqətə çatdırılır.

Bir qrup azərbaycanlı ekoaktivistin Xankəndi-Laçın yolunda keçirdiyi etiraz aksiyalarının guya “Azərbaycan hökuməti tərəfindən təşkil olunduğu” və “Azərbaycanın təbii qazın və s. kommunal xidmətlərin (məsələn, elektrik enerjisi və internet) verilməsinə mane olduğu” barədə Ermənistanın iki əsas iddiasının Məhkəmə tərəfindən rədd edilməsi faktı məktubda diqqətə çatdırılır.

Beynəlxalq Ədalət Məhkəməsinin guya Ermənistanın vəsatətini təmin etdiyi barədə əsassız iddia ilə bağlı məktubda vurğulanır ki, Məhkəmənin müvəqqəti tələbi Ermənistanın tələbi ilə eyni deyil və Məhkəmənin qənaəti budur ki, Azərbaycan Laçın yolunda “fasiləsiz hərəkəti təmin etmək...” deyil, yalnız “öz ixtiyarında olan bütün tədbirləri görməlidir”.

Məhkəmə eyni zamanda, Ermənistanın yol boyu hərəkətin “sərbəst” olması və “bütün” şəxslər, yük və nəqliyyat vasitələri üçün təmin olunması ilə bağlı iddiasını da qəbul etməyib.

Bununla, Laçın yolu ilə hərəkətin heç bir nəzarət olmadan həyata keçirilməsinin qeyri-məqbul olduğu barədə Azərbaycanın mövqeyi dolayısı yolla Məhkəmənin qərarında nəzərə alınıb. Bu qərar bir daha sübut edib ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda etiraz aksiyası ilə bağlı heç bir məsuliyyət daşımır və onların legitim etiraz hüquqlarının qarşısının alınmasına məcbur edilə bilməz.

Bununla yanaşı, Məhkəmə Ermənistanın yoldan “azad istifadə” etmə tələbini dəyişdirməklə, əslində Laçın yolundan hərbi və iqtisadi məqsədlər üçün sui-istifadə edilməsinə qarşı olduğunu diqqətə çatdırıb.

Məktubda Laçın yolundan sui-istifadə halları diqqətə çatdırılır və Azərbaycanın səlahiyyətləri çərçivəsində yoldan istifadənin təhlükəsizliyinə zəmanət verdiyi, nə Azərbaycan hökumətinin, nə də etirazçıların yolda hərəkətə maneçilik törətmədikləri vurğulanır. Məktubda həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin və Rusiya sülhməramlı kontingentinin avtomobillərinin keçidi barədə məlumat təqdim olunur, 3000-dən yuxarı avtomobillərin yoldan istifadəsinin “blokada” və “gərgin humanitar” vəziyyət barədə iddiaların əsassız olduğunu sübut etdiyi bildirilir.

Laçın yolundan istifadənin qanuni və şəffaf olması, yoldan sui-istifadə hallarına yol verilməməsi, bu səylərin tərkib hissəsi kimi, Laçın yolunun başlanğıcında sərhəd nəzarət keçid məntəqəsi yaradılması təklifi məktubda xüsusi olaraq vurğulanır. Ermənistanın bu təklifdən heç bir əsas gətirmədən imtina etməsinin Ermənistanın Laçın yolunda şəffaflıqda maraqlı olmadığını və sui-istifadə hallarını davam etdirmək niyyətinin göstəricisi olduğu diqqətə çatdırılır.

Azərbaycan xarici işlər nazirinin BMT Baş katibinə məktubunda Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il 7 dekabr tarixli qərarını hələ də yetirmədiyi xatırlanır.

Belə ki, Ermənistanın məhkəmənin qərarına zidd olaraq, ərazisində Azərbaycana qarşı etnik zəmində nifrət və ayrıseçkilik aşılanmasının qarşısını almadığı, VoMA və POGA kimi hərbiləşmiş qruplaşmaları ləğv etmədiyi məktubda qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ: İranda ZƏLZƏLƏ OLDU

SON DƏQİQƏ: İranda ZƏLZƏLƏ OLDU

Mirzoyan Avropa Şurasının rəsmisi ilə Ermənistan və Azərbaycan arasında sülhü MÜZAKİRƏ EDİB

Mirzoyan Avropa Şurasının rəsmisi ilə Ermənistan və Azərbaycan arasında sülhü MÜZAKİRƏ EDİB

Doğuş “Survivor”da Xoşqədəm Hidayətqızının məktubunu oxuyub AĞLADI - VİDEO

Doğuş “Survivor”da Xoşqədəm Hidayətqızının məktubunu oxuyub AĞLADI - VİDEO

Türkiyə klubu sabiq futbolçusunu yenidən heyətinə qatdı

Türkiyə klubu sabiq futbolçusunu yenidən heyətinə qatdı

Ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir - FOTO

Ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir - FOTO

Trampın İranla bağlı bir sıra planları var - Ağ Ev

Trampın İranla bağlı bir sıra planları var - Ağ Ev

Rasim Həsənov dörd maddə üzrə təqsirli bilinir - HƏBS EDİLDİ

Rasim Həsənov dörd maddə üzrə təqsirli bilinir - HƏBS EDİLDİ

Matetanın "Milan"a transferi niyə BAŞ TUTMADI?

Matetanın "Milan"a transferi niyə BAŞ TUTMADI?

Fransa Ukraynada kritik infrastrukturun dəstəklənməsi üçün 70 milyon avro AYIRIR

Fransa Ukraynada kritik infrastrukturun dəstəklənməsi üçün 70 milyon avro AYIRIR

Məşhur türkiyəli müğənni 10 yaş balaca sevgilisi ilə NİŞANLANDI - VİDEO

Məşhur türkiyəli müğənni 10 yaş balaca sevgilisi ilə NİŞANLANDI - VİDEO

Ali Məclisin İntizam komissiyasının ilk iclası KEÇİRİLDİ

Ali Məclisin İntizam komissiyasının ilk iclası KEÇİRİLDİ

Azərbaycan Kuboku: ¼ finalın təyinatları AÇIQLANDI

Azərbaycan Kuboku: ¼ finalın təyinatları AÇIQLANDI

İran ABŞ ilə danışıqların Omanda keçirilməsini TƏLƏB EDİR

İran ABŞ ilə danışıqların Omanda keçirilməsini TƏLƏB EDİR

Gəncədə avtomobil ağaca çırpıldı - Xəsarət alan var - FOTO

Gəncədə avtomobil ağaca çırpıldı - Xəsarət alan var - FOTO

Kişmişin FAYDALARI - Hansını seçək qara yoxsa sarı?

Kişmişin FAYDALARI - Hansını seçək qara yoxsa sarı?

Üç gənc xokkeyçi yol qəzasında HƏLAK OLDU

Üç gənc xokkeyçi yol qəzasında HƏLAK OLDU

Müəllimlər üçün süni intellekt əsaslı platforma yaradılıb - FOTO

Müəllimlər üçün süni intellekt əsaslı platforma yaradılıb - FOTO

Xocavənddə vəhşi heyvan TƏHLÜKƏSİ - Kənd sakinləri qorxu içində - FOTO

Xocavənddə vəhşi heyvan TƏHLÜKƏSİ - Kənd sakinləri qorxu içində - FOTO

Rusiya ordusu Zaporojyedə yaşayış məhəlləsini atəşə tutub - VİDEO

Rusiya ordusu Zaporojyedə yaşayış məhəlləsini atəşə tutub - VİDEO

Sevgilisinin evindən 7400 manat oğurlayan qadın HƏBS OLUNDU

Sevgilisinin evindən 7400 manat oğurlayan qadın HƏBS OLUNDU

Bölgə klubu anqolalı legioner TRANSFER ETDİ

Bölgə klubu anqolalı legioner TRANSFER ETDİ

“Türkiyə İranla ABŞ arasında vasitəçi rolunu üzərinə götürməyə hazırdır” - Ərdoğan

“Türkiyə İranla ABŞ arasında vasitəçi rolunu üzərinə götürməyə hazırdır” - Ərdoğan

Aysundan doğma atasına CAVAB: “Yalandan artistlik etmə!” - VİDEO

Aysundan doğma atasına CAVAB: “Yalandan artistlik etmə!” - VİDEO

Rusiyadan göndərilən taxıl Azərbaycandan keçərək Ermənistana ÇATIB

Rusiyadan göndərilən taxıl Azərbaycandan keçərək Ermənistana ÇATIB

End of content

No more pages to load

RADİO