“Moskva əmindir ki, rəsmi İrəvanın Bakı ilə danışıqlarda fəal iştirakı tərəflər arasında mövcud gərginliyin azaldılmasına kömək edə bilər”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
“Biz hesab edirik ki, rəsmi İrəvanın qarşılıqlı məqbul həll yollarının axtarışında fəal iştirakı mövcud gərginliyin azaldılmasına töhfə verəcək”, - deyə XİN sözçüsü qeyd edib.
Zaxarovanın sözlərinə görə, Rusiyanın mövqeyi üçtərəfli razılaşmalara uyğun olaraq bütün öhdəliklərin ən yüksək səviyyədə yerinə yetirilməsindən irəli gəlir.
Bizim.Media