Azərbaycan Ordusunun bölmələri tərəfindən guya martın 9-u saat 17:50 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib.
Bildirilib ki, nazirlik yayılan məlumatı qəti surətdə təkzib edir.
Bizim.Media