Türkiyənin Adıyaman şəhərində zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, Adıyamanın Sincik rayonunda 4,5 maqnitudalı zəlzələ baş verib.
Bakı vaxtı ilə 22:55-də qeydə alınan yeraltı təkanların ocağı 9,6 km dərinlikdə hiss olunub.
Bizim.Media