“Laçın yolunda keçid məntəqəsinin sözlərindən qorxmayın”.
Bizim.Media xəbər verir ki, bu fikirləri İrəvan Mətbuat Klubunun rəhbəri Boris Novasardyan Ermənistanın “Noyan Tapan” internet kanalına müsahibəsində səsləndirib.
O, Azərbaycan tərəfinin Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmaq təklifini adekvat qəbul etmək zərurətindən danışıb.
Novasardyanın fikrincə, öncə rəsmi Bakı ilə Laçın yolundan keçən yük avtomobillərinin, mülki şəxslərin keçidinin yeni mexanizmi müzakirə edilməlidir:
“İrəvan anlamalıdır ki, Laçın yolu ilə bağlı 10 noyabr 2020-ci ildə imzalanan sənədin müddəaları bu gün üçün keçərli deyil. Artıq Rusiya qarant kimi öz funksiyasını həyata keçirə bilmir. Deməli başqa həll yolları axtarmaq lazımdır. Məntəqənin fəaliyyət göstərməsi şərtlərini Bakı ilə müzakirə etmək daha yaxşı olardı”.