Latviya Prezidenti Egils Levitsin Azərbaycana səfəri davam edir. O, bu gün Azərbaycan və Latviya iş adamları ilə görüşüb.
Bizim.Media xəbər verir ki, görüşdə Latviya Prezidenti çıxış edib.
Onun sözlərinə görə, NATO və Avropa İttifaqının üzvü olan Latviya Azərbaycanı iqtisadi əlaqələrdə yaxın tərəfdaş kimi görür:
“Avropanın enerji bazarında və enerji mənbələrinin şaxələndirilməsində Azərbaycanın rolu var”.
Egols Levits qeyd edib ki, Azərbaycan və Latviya arasında yaxın qarşılıqlı əlaqələr də mövcuddur:
“İqtisadi sahədə əlaqələrimiz inkişaf edir və bunun daha da irəliləyəcəyinə ümid edirik. Nəqliyyat və logistika da bizim maraqlandığımız və Azərbaycanla əməkdaşlıq etmək istədiyimiz sahələrdir”.
Bizim.Media