Prezident Bolqarıstanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanovun etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, səfir Ruslan Stoyanov etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Ölkələrimizin yaxın və strateji tərəfdaş olduğunu vurğulayan dövlət başçısı ikitərəfli münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq vurğulayıb ki, dostluq əlaqələrini nümayiş etdirən bu səfərlər zamanı ikitərəfli gündəlikdə duran çox mühüm məsələlərlə bağlı qərarlar qəbul olunub.

Dövlət başçısı hazırkı əməkdaşlığımızın əsas mövzularından birinin enerji sahəsinə aid olduğunu deyərək, Cənub Qaz Dəhlizi layihəsinin önəminə toxundu, enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində ölkələrimizin uzun illər bundan sonra da yaxın tərəfdaş olacaqlarına ümidvarlığını bildirib. Prezident İlham Əliyev, eyni zamanda, birgə layihələrin həyata keçirilməsinin Bolqarıstana Azərbaycan qazı üçün tranzit ölkəyə çevrilmək imkanı yaratdığını qeyd edib.

Azərbaycan Prezidenti enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əməkdaşlığın inkişafı üçün potensialın olduğunu bildirib, ticarət dövriyyəsinin artırılması üçün səylərin göstərilməsinin vacibliyini vurğulayıb.

Ölkələr arasında qarşılıqlı siyasi fəaliyyətin yaxşı səviyyədə olduğunu bildirən dövlət başçısı Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əməkdaşlığında Bolqarıstanın rolunu qeyd edib.
Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzulayıb. Ruslan Stoyanov, ilk növbədə, Bolqarıstan Prezidenti Rumen Radevin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rumen Radevə çatdırmağı xahiş edib.

Azərbaycanın Bolqarıstan üçün strateji tərəfdaş ölkə olduğunu vurğulayan səfir dövlətlər arasında mövcud olan qarşılıqlı etimadın və yüksəksəviyyəli görüşlərin strateji tərəfdaşlığımızın göstəricisi olduğunu deyib. Ruslan Stoyanov vurğulayıb ki, Azərbaycan-Bolqarıstan münasibətləri yalnız strateji xarakter daşımır, onlar həm də dost münasibətləridir. Səfir Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsinin əhəmiyyətinə də toxunub.
 









Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həkim bədəni necə düzgün "təmizləmək" lazım olduğunu İZAH ETDİ

Həkim bədəni necə düzgün "təmizləmək" lazım olduğunu İZAH ETDİ

“Goranboy - Gənclər Paytaxtı 2026”nın açılış mərasimi keçirilib - FOTO

“Goranboy - Gənclər Paytaxtı 2026”nın açılış mərasimi keçirilib - FOTO

Bakıya qonaq gələn tələbə itkin düşdü

Bakıya qonaq gələn tələbə itkin düşdü

Qış transfer pəncərəsinin ƏN BAHALI futbolçuları kimlər oldu?

Qış transfer pəncərəsinin ƏN BAHALI futbolçuları kimlər oldu?

Azərbaycanla Serbiya arasında siyasi məsləhətləşmələr KEÇİRİLDİ - FOTO

Azərbaycanla Serbiya arasında siyasi məsləhətləşmələr KEÇİRİLDİ - FOTO

Aparıcılığa başlayan Rüfət Nasosnu ŞİKAYƏTLƏNDİ

Aparıcılığa başlayan Rüfət Nasosnu ŞİKAYƏTLƏNDİ

Leyla Əliyeva Əbu-Dabidə "İnsan Qardaşlığı Məclisi" tədbirində İŞTİRAK EDİB - FOTO

Leyla Əliyeva Əbu-Dabidə "İnsan Qardaşlığı Məclisi" tədbirində İŞTİRAK EDİB - FOTO

SON DƏQİQƏ: İranda ZƏLZƏLƏ OLDU

SON DƏQİQƏ: İranda ZƏLZƏLƏ OLDU

Mirzoyan Avropa Şurasının rəsmisi ilə Ermənistan və Azərbaycan arasında sülhü MÜZAKİRƏ EDİB

Mirzoyan Avropa Şurasının rəsmisi ilə Ermənistan və Azərbaycan arasında sülhü MÜZAKİRƏ EDİB

Doğuş “Survivor”da Xoşqədəm Hidayətqızının məktubunu oxuyub AĞLADI - VİDEO

Doğuş “Survivor”da Xoşqədəm Hidayətqızının məktubunu oxuyub AĞLADI - VİDEO

Türkiyə klubu sabiq futbolçusunu yenidən heyətinə qatdı

Türkiyə klubu sabiq futbolçusunu yenidən heyətinə qatdı

Ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir - FOTO

Ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir - FOTO

Trampın İranla bağlı bir sıra planları var - Ağ Ev

Trampın İranla bağlı bir sıra planları var - Ağ Ev

Rasim Həsənov dörd maddə üzrə təqsirli bilinir - HƏBS EDİLDİ

Rasim Həsənov dörd maddə üzrə təqsirli bilinir - HƏBS EDİLDİ

Matetanın "Milan"a transferi niyə BAŞ TUTMADI?

Matetanın "Milan"a transferi niyə BAŞ TUTMADI?

Fransa Ukraynada kritik infrastrukturun dəstəklənməsi üçün 70 milyon avro AYIRIR

Fransa Ukraynada kritik infrastrukturun dəstəklənməsi üçün 70 milyon avro AYIRIR

Məşhur türkiyəli müğənni 10 yaş balaca sevgilisi ilə NİŞANLANDI - VİDEO

Məşhur türkiyəli müğənni 10 yaş balaca sevgilisi ilə NİŞANLANDI - VİDEO

Ali Məclisin İntizam komissiyasının ilk iclası KEÇİRİLDİ

Ali Məclisin İntizam komissiyasının ilk iclası KEÇİRİLDİ

Azərbaycan Kuboku: ¼ finalın təyinatları AÇIQLANDI

Azərbaycan Kuboku: ¼ finalın təyinatları AÇIQLANDI

İran ABŞ ilə danışıqların Omanda keçirilməsini TƏLƏB EDİR

İran ABŞ ilə danışıqların Omanda keçirilməsini TƏLƏB EDİR

Gəncədə avtomobil ağaca çırpıldı - Xəsarət alan var - FOTO

Gəncədə avtomobil ağaca çırpıldı - Xəsarət alan var - FOTO

Kişmişin FAYDALARI - Hansını seçək qara yoxsa sarı?

Kişmişin FAYDALARI - Hansını seçək qara yoxsa sarı?

Üç gənc xokkeyçi yol qəzasında HƏLAK OLDU

Üç gənc xokkeyçi yol qəzasında HƏLAK OLDU

Müəllimlər üçün süni intellekt əsaslı platforma yaradılıb - FOTO

Müəllimlər üçün süni intellekt əsaslı platforma yaradılıb - FOTO

End of content

No more pages to load

RADİO