ABŞ Qarabağda, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində son insidentdən xəbərdardır.
Bizim.Media xəbər verir ki, bunu dünən keçirdiyi brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.
Onun sözlərinə görə, Ağ Ev Azərbaycan və Ermənistanı dialoq və diplomatiyaya çağırır.
“Biz martın 5-də Qarabağda beş nəfərin ölümü ilə nəticələnən atışma hadisəsi ilə bağlı xəbərləri izləyirik”, deyə Prays bildirib.
O, bəyan edib ki, ABŞ Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının aparılmasına sadiqdir:
"İrəliyə doğru gedən yeganə yol dialoq və diplomatiyadır".
Bizim.Media