Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycanda səfərdədir.
Bizim.Media xəbər verir ki, bu barədə T.Klaar Tvitterdə yazıb.
"Yenidən Bakıdayam. Münhen görüşlərindən sonra sülh prosesini inkişaf etdirmək üçün Azərbaycan rəhbərliyi ilə əsaslı görüşlər olacaq. Bu gün baş verən ölümcül insident sabitliyə və ədalətli sülhə nail olmaq üçün danışıqları irəli aparmağın zərurililiyindən xəbər verir”, - xüsusi nümayəndə bildirib.
Bizim.Media
