Türkiyənin superstarı Ajda Pekkan görünüşü ilə mətbuatın müzakirə mövzusuna çevrilib.
Bizim.Media xəbər verir ki, müğənni İstanbulda məkanların birindən çıxıb avtomobilinə əyləşərkən paparazzilərin obyektivinə tuş gəlib.
Pekkanın rəngli makiyajı görənləri təəccübləndirib. Müğənni fevralın 6-da ölkəsində baş verən dəhşətli zəlzələ ilə bağlı suala “Çox qəmginəm. Millətimizin başı sağolsun!” sözlərini dilə gətirib.
Rəşad Əliyev, Bizim.Media