PSJ-nin müdafiəçisi Əşrəf Hakimi rəsmi şəkildə təcavüzdə ittiham olunub.
Bizim.Media “euronews”a istinadla xəbər verir ki, futbolçuya qarşı 24 yaşlı qadını zorlaması ilə bağlı rəsmi ittiham irəli sürülüb.
Fevralın 2-də Hakimi istintaq çərçivəsində dindirilib. Daha sonra futbolçuya qarşı ittiham elan edilib və iş məkməyə göndərilib.
Bildirilir ki, qadın futbolçunun evinə onun çağırdığı taksi ilə gəlib. Burada vəziyyət nəzarətdən çıxıb və Hakimi etirazlara baxmayaraq, qonağa cinsi təcavüz edib.
Hakiminin vəkili isə iddiaları təkzib edib.
Bizim.Media