Naxçıvanda yeni alpinizm turizm marşrutları YARADILACAQ - FOTO 

Naxçıvanda yeni alpinizm turizm marşurutları hazırlanacaq. Bu barədə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində 3 mart- Ümumdünya Vəhşi Təbiət Günü münasibətilə keçirilən tədbirdə məlumat verilib.

Bizim.Media Nuhçıxan-a istinadən xəbər verir ki, turizm sənayesi nümayəndələri və turizm könüllülərinin iştirakı ilə keçirilən tədbirdə departamentin direktoru Əkbər Novruzov bildirib ki, bu günün keçirilməsində məqsəd cəmiyyətin diqqətini vəhşi fauna və floranın mühafizəsinə cəlb etmək, ictimaiyyəti vəhşi təbiətə qayğı göstərməyə səsləmək və bu sahədə maarifləndirməkdir.

Qeyd olunub ki, Azərbaycan Turizm Bürosunun ekoturizm üzrə mütəxəssisi Toğrul Cəfərov Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşı ilə birlikdə muxtar respublikanın Şahbuz, Culfa, Şərur və Ordubad rayonlarında olub, təbiət ərazilərinə baxış keçirilib və dağ cığırları üçün uyğun olan yerlər qiymətləndirilib.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Turizmin İnkişafı və Təbliği sektorunun aparıcı məsləhətçisi Orxan Cəfərov bildirib ki, xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 28 faizini təşkil edir.

Buraya 2 yasaqlıq - Arazboyu Dövlət Təbiət Yasaqlığı, Arpa¬çay Dövlət Təbiət Yasaqlığı və milli park -  Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı daxildir.

Tədbirin davamında Azərbaycan Turizm Bürosunun ekoturizm üzrə mütəxəssisi Toğrul Cəfərov bildirib ki,qiymətləndirməyə əsasən ilkin olaraq 5 turizm marşrutu Kükü-Gurbulaq şəlaləsi, Kükü-Qanlıgöl, Zorbulaq-Batabat, Parağaçay-Ağdərə -Tivi və Pəzməri şəlaləsi müəyyən edilib.

Müəyyənləşdirilən dağ cığırları əsasında piyada marşrutları xəritə üzərində təqdim edilib və hər bir marşrut barədə geniş məlumat verilib.

Tədbirdə yeni alpinizm turizm marşrutlarının yaradılması və həmin marşrutların işlənib hazırlanması müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və Çin arasında sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edildi

Azərbaycan və Çin arasında sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edildi

İkinci Liqa: “Şəmkir” səfərdə uduzdu

İkinci Liqa: “Şəmkir” səfərdə uduzdu

Bunları bilmədən yumurta ALMAYIN

Bunları bilmədən yumurta ALMAYIN

“Neftçi”dən gedən hücumçu bu kluba KEÇDİ

“Neftçi”dən gedən hücumçu bu kluba KEÇDİ

Zaurdan Xalq artistinə: “70 illiyini Lalənin verilişində qeyd etdiyin üçün küsdüm” - VİDEO

Zaurdan Xalq artistinə: “70 illiyini Lalənin verilişində qeyd etdiyin üçün küsdüm” - VİDEO

İlin ən yaxşı klubu PSJ SEÇİLDİ

İlin ən yaxşı klubu PSJ SEÇİLDİ

Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi

Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi

BMT tribunasından İsraili soyqırım törətməkdə ittiham edərkən Ərdoğanın “səsi kəsildi” - ANBAAN VİDEO

BMT tribunasından İsraili soyqırım törətməkdə ittiham edərkən Ərdoğanın “səsi kəsildi” - ANBAAN VİDEO

"Qızıl top"un sahibi MÜƏYYƏNLƏŞDİ

"Qızıl top"un sahibi MÜƏYYƏNLƏŞDİ

Sabirabadda zəlzələ BAŞ VERDİ

Sabirabadda zəlzələ BAŞ VERDİ

“Turan”da serbiyalı voleybolçu

“Turan”da serbiyalı voleybolçu

Ərdoğan: “Netanyahu hökumətinin məqsədi Fələstin dövlətinin qurulmasını mümkünsüz etməkdir” - VİDEO

Ərdoğan: “Netanyahu hökumətinin məqsədi Fələstin dövlətinin qurulmasını mümkünsüz etməkdir” - VİDEO

“Lev Yaşin” mükafatının qalibi BİLİNDİ

“Lev Yaşin” mükafatının qalibi BİLİNDİ

İlham Əliyev Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti ilə görüşüb - FOTO

İlham Əliyev Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti ilə görüşüb - FOTO

İlin ən yaxşı gənc futbolçusu MƏLUM OLDU

İlin ən yaxşı gənc futbolçusu MƏLUM OLDU

Əlikram AĞLADI: “Həyatımın ən dəhşətli günləri idi” - VİDEO

Əlikram AĞLADI: “Həyatımın ən dəhşətli günləri idi” - VİDEO

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Sea Breeze and Real Estate” panel sessiyası keçirildi - FOTO

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Sea Breeze and Real Estate” panel sessiyası keçirildi - FOTO

Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra öldü

Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra öldü

İlin ən yaxşı məşqçisi müəyyənləşdi - FOTO

İlin ən yaxşı məşqçisi müəyyənləşdi - FOTO

Qaxda 64 yaşlı piyadanı maşın vuraraq öldürdü

Qaxda 64 yaşlı piyadanı maşın vuraraq öldürdü

Fransa Fələstin dövlətini rəsmən TANIDI - VİDEO

Fransa Fələstin dövlətini rəsmən TANIDI - VİDEO

“Tottenhem” bu futbolçu ilə bağlı QƏRAR VERDİ

“Tottenhem” bu futbolçu ilə bağlı QƏRAR VERDİ

Bakıda şadlıq sarayında yanğın baş verdi - FOTO

Bakıda şadlıq sarayında yanğın baş verdi - FOTO

İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşdü - FOTO

İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşdü - FOTO

End of content

No more pages to load

RADİO