Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqların detallarını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "İnfoteka" teleqram kanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Ermənistan-Azərbaycan danışıqlar prosesi aşağıdakı üç əsas istiqamətdə gedir:
1. Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasına dair saziş;
2. Regionda nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin blokunun açılması;
3. Demarkasiya və təhlükəsizlik.
Bizim.Media