Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki monitorinq missiyasının fəaliyyətini tənzimləyən sazişin imzalanacağını açıqlayıb.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Paşinyan bu barədə Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında məlumat verib.
"Hazırda Aİ-nin Ermənistandakı mülki missiyası ilə bağlı məsələlər qarşılıqlı rəsmi məktublarla tənzimlənir. Amma missiyanın fəaliyyətini tənzimləyən sazişi gələcəkdə müzakirə etmək və müqavilə imzalamaqla razılaşmamız var ", - deyə Paşinyan qeyd edib.
Bizim.Media