“Ermənistan Rusiyaya Qərbin sanksiyalarından yan keçməyə kömək etmir. Bu sadəcə söz-söhbətdən başqa bir şey deyil”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Baş nazir Nikol Paşinyan Berlində Almaniya kansleri Olaf Şolzla birgə mətbuat konfransında səsləndirib.
O, bu məsələdə Ermənistanın şəffaf olduğunu deyib.
Bundan əvvəl Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi David O'Sallivan Financial Times-a bildirib ki, Avropa İttifaqı Rusiya ilə qonşu olan ölkələrə ixracın artımını yoxlayır: “Bu malların daha sonra Rusiyaya yönləndirilə biləcəyinə dair şübhələr var”.
Bizim.Media