İranda gənc qız Bəsicilər tərəfindən öldürülüb.
Bizim.Media “Azad İran”a istinadən xəbər verir ki, Fatimə Fərahətmənd (Aytəkin) radikal adlı gənc qız "Bəsic" qüvvələrinin Qoçaçay (Miyanduab) şəhərində təqibi nəticəsində həlak olub.
Məlumata görə, ötən gün Fatimə Fərahətmənd rəfiqəsi ilə birlikdə “Samand” markalı avtomobillə Miyanduab sahilində hərəkət edib.
O, hicablı olmadığı üçün Bəsic qüvvələri tərəfindən təqib edilib.
Nəticədə Fatimənin idarə etdiyi avtomobil aşıb və o həyatını itirib, avtomaşında olan digər qız isə ağır yaralanıb.
Xatırladaq ki, 19 yaşlı Fatimə Fərahətmənd son etirazlarda iştirak edib və məcburi hicaba etiraz olaraq şəhərdə hicabsız gəzib.
Bizim.Media