İran Almaniyanın ölkədəki səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib.
Bizim.Media “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə informasiyanı İran XİN-in rəsmi nümayəndəsi Naser Kənani açıqlayıb.
Xatırladaq ki, fevralın 22-si Almaniya İranın Berlindəki səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan etmişdi. Buna səbəb isə, Tehranda İran-almanəsilli jurnalist Cəmşid Şahmahd barəsində ölüm hökmünün çıxarılması olub.
Bizim.Media