Bu mövsüm “Turan Tovuz”un heyətində ən yaxşı oyunçulardan biri də Runi Evadır. Komandanın bombardiri kimi kamerunlu hücumçu artıq digər klublarımızdan da təklif alıb, ancaq qərb klubu əsas futbolçusunu buraxmaq istəmir.
Bizim.Media-nın məlumatına görə, ona yeni müqavilə də təklif olunub.
Ancaq “Turan Tovuz”un maliyyə imkanları məhdud olduğundan Evanın maaşını o qədər də qaldırmaq mümkün olmayacaq.
İndi hər şey digər klubların təklif etdiyi maliyyə şərtlərindən və Runi Evanın verəcəyi qərardan asılıdır.
Kamerunlunun müqaviləsi yayda başa çatır.
Rəşad Rafiqoğlu, Bizim.Media