Ukrayna Premyer Liqasında 6-cı turdan təxirə salınmış bir oyun keçirilib.
Bizim.Media xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin çıxış etdiyi “Oleksandriya” “Metallist”i qəbul edib. Oyun 3:3 hesabı ilə başa çatıb.
Mustafayev də bu görüşün iştirakçısı olub. U-21 millimizin sabiq üzvü start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib.
Komandasının vurduğu ilk iki qolun ötürməsinin müəllifi də Emil olub.
Qeyd edək ki, “Oleksandriya” hazırda 25 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.
Bizim.Media