Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı bir sıra təkliflər üzrə konsensus var.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin spikeri Alen Simonyan səsləndirib.
O, prosesə mane ola biləcəyinə işarə edərək, konsensusun nədən ibarət olduğunu səsləndirməyib, sadəcə izah edib ki, bunlar “beynəlxalq səviyyədə tanınmış prinsiplərdir”.
"Sülh müqaviləsində Qarabağla bağlı bəndlər olmamalıdır", - deyə o, əlavə edib.
Simonyan Ermənistan tərəfinin son təkliflərinə Bakının reaksiyası barədə məlumata malik olmadığını bildirib.
Bizim.Media