Yanvarda Azərbaycanın ümumi ixracı 1,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 284,5 milyon ABŞ dolları təşkil edib.
Bizim.Media İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın fevral sayına istinadən bildirir ki, yanvarda yeyinti məhsulları üzrə ixrac 64,3 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 220,2 milyon dollara bərabər olub.
Qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz artıb.
Bizim.Media