“Ermənistanın kütləvi qətl, nifrət və irqi ayrı-seçkilik siyasətinə və aksiyasına məruz qalan Xocalı Soyqırımı qurbanlarını dərin hüznlə yad edirik”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı Soyqırımının 31-ci ildönümü ilə bağlı özünün “Twitter” hesabındakı paylaşımında qeyd edib.
“Xocalıda Azərbaycana qarşı dəhşətli soyqırımdan 31 il keçir. Ermənistanın kütləvi qətl, nifrət və irqi ayrı-seçkilik siyasətinə və aksiyasına məruz qalan Xocalı Soyqırımı qurbanlarını dərin hüznlə yad edirik. İnanırıq ki, bir gün ədalət zəfər çalacaq”, - deyə XİN başçısı qeyd edib.
Bizim.Media
