“Masdar” Azərbaycanda Günəş elektrik stansiyasının istismara veriləcəyi vaxtı açıqladı

Qaradağ Günəş elektrik stansiyasının bu il istismara veriləcəyi gözlənilir.

Bizim.Media Trend-ə istinadən xəbər verir ki, bu barədə “Masdar” şirkətinin (BƏƏ) Mərkəzi Asiya və Rusiya üzrə İnkişaf və investisiya departamentinin rəhbəri Məryəm Rəşid Əl Məzrui “Emirates News Agency”yə (WAM) deyib.

230 meqavat gücə malik elektrik stansiyasının 110 000-dən çox evin tələbatını qarşılamaq üçün 0,5 milyard kVt/saat elektrik enerjisi istehsal etdiyini deyən departament rəhbəri layihə sayəsində karbon qazı tullantılarını ildə 200 000 tondan çox azaltmağın mümkün olacağını bildirib.
Onun sözlərinə görə, Qaradağ Günəş elektrik stansiyası yerli əhalini yeni iş yerləri ilə təmin edəcək.

“Əbu-Dabi İnkişaf Fondu layihəni maliyyələşdirən təşkilatlar sırasına daxildir. BƏƏ və “Masdar” birbaşa xarici investisiyaları təşviq etməyə və Azərbaycanın “təmiz enerji”, dayanıqlı inkişaf və karbon qazı tullantılarının azaldılması sahəsindəki səylərini dəstəkləməyə çalışırlar”, - Əl Məzrui deyib.

Qeyd edək ki, “Masdar” şirkəti Azərbaycanda alternativ enerji sahəsində böyük layihələrin həyata keçirilməsində aktiv iştirak edir.

2023-cü il yanvarın 15-də Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Azərbaycan Respublikasında 2 GVt gücündə “Dənizdə külək və hidrogen layihələrinin işlənməsinə dair” Birgə işlənmə sazişi, həmçinin 1 GVt gücündə “Günəş fotovoltaik” və 1 GVt gücündə “Quruda külək layihələrinin işlənməsinə dair” Birgə işlənmə sazişi imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

End of content

No more pages to load

RADİO