Kahramanmaraşda 4,7 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Kahramanmaraşın Ekinözü rayonunda yerli vaxtla saat 15:41-də qeydə alınıb.
Qeyd edək ki, AFAD zəlzələnin dərinliyini 5.32 km. olaraq paylaşıb. Kandilli Rəsədxanası isə zəlzələnin maqnitudasını 4,5, dərinliyini isə 1,5 km olaraq açıqlayıb.
Xatırladaq ki, bu Kahramanmaraşda bu günə olan sayca ikinci zəlzələdir.
Bizim.Media