Ermənistan hakimiyyəti (Paşinyanı nəzərdə tutur) Qarabağın Azərbaycanın tərkibində olmasına razıdır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan yayıb.
Onun sözlərinə görə, iqtidarın ritorikası və hərəkətləri sadəcə prosesi özləri üçün faydalı olan vəziyyətdə pərdələmək məqsədini güdür:
“Bakı heç vaxt qeyri-müəyyən ifadələrlə sənəd imzalamayacaq, əksinə Qarabağın kağız üzərində qeyd olunmasını tələb edəcək”.
Bizim.Media