Uşaqlarda bağırsaq funksiyasının pozulmasının səbəbləri AÇIQLANDI

"1 yaşadək uşaqların suya olan tələbatları böyüklərdəki kimi deyil. Belə ki, suyun artıq verilməsi bu yaş qrupunda olan uşaqlara müəyyən problemlərə gətirib çıxara bilər". 

Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-esperti, həkim-pediatr Tərlan Əyyubov açıqlama verib.

Onun sözlərinə görə, körpələrin suya qarşı olan tələbatı bu yaş qrupunda ana südü və ya süni qida ilə tam qarşılanır:

"Çünki ana südünün və ya süni qidanın demək olar ki, təqribən 90%-i sudur və onlar həm qidaya, həm də suya olan tələbatı tam ödəmək iqtidarındadırlar. Bu nöqteyi nəzərdən də Ümumdünya Səhiyyə Təşkilatı istər təbii qidalanmada, istərsə də süni qidalanmada olan 6 ayadək uşaqlara su verilməsini məsləhət görmür. 6 aydan bir yaşadək uşaqlarda isə az-az olmaqla gün ərzində 60-100 ml qədər su verilə bilər. Bu suyun qidalardan əvvəl yox, sonra verilməsi məsləhətdir. 

Bu yaşda əlavə su verilməsi sutkalıq qəbul olunmalı südün miqdarını azalda bilər, çünki mədə dolacaq, iştah azalacaq, nəticədə uşaq süd və ya süni qidanı qəbul etməyəcək və sonda böyümə üçün lazımi kalori və qida maddələrini almadığı üçün kütlə və vitamin, mineral defisiti yarana bilər və ya inkişafı yavaşlayar". 

Həkim uşaqlarda bağırsağın motor funksiyasının pozulması və qəbizliyin səbəblərini də açıqlayıb: 

"Qəbizliyi yaradan səbəblərdən biri qida rasionunun dəyişməsidir. Bu bir çox hallarda 1 yaşadək uşaqların rasionuna yeni qidaların daxil olunması zamanı baş verir; Rasionada asan həzm olunan şəkərlərin (şirniyyatlar, ağ çörək, şirələr, kompotlar, bişmişlər, un, xəmir məmulatları və s.) çox olması, qida liflərinin (meyvə, tərəvəz, göyərti və s.) az olması; Kifayət qədər suyun qəbul edilməməsi də qəbizliyə gətirən amillərdən hesab olunur.
Orqanizmdə su çatışmadıqda bədənimiz bağırsaq daxilindən onu sovurur və bu nəcis kütlələrinin özlülüyünün artmasına gətirir. Xüsusən çox tərləyən uşaqlar daha çox su içməlidirlər ki, orqanizmin su balansı pozulmasın; Mexaniki bağırsaq keçməzliyi. Bura bağırsaqların bir-birinə dolaşması, törəmələr, qurd invaziyaları, bağırsaq daxili yad maddələr aid edilə bilər; Bəzi dərman maddələri bağırsaq peristaltikasını ləngidə bilər. Xüsusən də qəbizliyi olanlarda ağırlaşmaların olmaması üçün həkimlər bəzən əlavə tədbirlər kimi nəcis kütlələrini yumşaldan vasitələrdən istifadə edirlər; Bəzi endokrin, elektrolit, maddələr mübadiləsi pozğunluqları da qəbizliyin yaranmasına səbəb olur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dövlətə məxsus 55 nəqliyyat vasitəsi SATILDI

Dövlətə məxsus 55 nəqliyyat vasitəsi SATILDI

“Qəbələ”nin oyunçusu dünya çempionatında İŞTİRAK EDƏCƏK

“Qəbələ”nin oyunçusu dünya çempionatında İŞTİRAK EDƏCƏK

İdman zalı ayaq yolundan daha mikropludur

İdman zalı ayaq yolundan daha mikropludur

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

Ceyhunun avtomobili YANDI

Ceyhunun avtomobili YANDI

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

Sərnişin tərəfindən döyülən avtobus sürücüsü açıqlama verdi - VİDEO

Sərnişin tərəfindən döyülən avtobus sürücüsü açıqlama verdi - VİDEO

“Benfika” hesabı ARTIRDI - YENİLƏNİB/VİDEO

“Benfika” hesabı ARTIRDI - YENİLƏNİB/VİDEO

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Naxçıvanın BU ƏRAZİSİNDƏ işıq olmayacaq

Naxçıvanın BU ƏRAZİSİNDƏ işıq olmayacaq

Azərbaycan klubu baş məşqçi ilə müqaviləni UZATDI

Azərbaycan klubu baş məşqçi ilə müqaviləni UZATDI

Bu ətlərin qiymətində UCUZLAŞMA

Bu ətlərin qiymətində UCUZLAŞMA

Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

Zərərli qidalardan asan yolla imtina etməyin YOLLARI - Dietoloqdan tövsiyələr

Zərərli qidalardan asan yolla imtina etməyin YOLLARI - Dietoloqdan tövsiyələr

“Barselona” “Nou Kamp”a qayıda bilmir

“Barselona” “Nou Kamp”a qayıda bilmir

Bakıda FACİƏ: 78 yaşlı qadın binadan yıxılıb öldü

Bakıda FACİƏ: 78 yaşlı qadın binadan yıxılıb öldü

Sumqayıtda yaşayış binasında yanğın oldu, 8 nəfər təxliyə edildi - VİDEO

Sumqayıtda yaşayış binasında yanğın oldu, 8 nəfər təxliyə edildi - VİDEO

End of content

No more pages to load

RADİO