Xankəndi-Bakı dialoqu üçün beynəlxalq mexanizm Ermənistan-Azərbaycan sülh sazişindən kənarda yaradıla bilər.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Xankəndi-Bakı dialoqu üçün beynəlxalq mexanizm olmasa, İrəvan sülh sazişini imzalayacaqmı?” sualına cavab verərkən səsləndirib.
Onun sözlərinə görə, önəmli olan mexanizmin harada göstərildiyi deyil, mövcudluğudur:
“Ola bilər ki, mexanizm sülh müqaviləsi ilə deyil, digər mümkün beynəlxalq müqavilələr və ya beynəlxalq struktur çərçivəsində yaradılsın”.
Qriqoryan vurğulayıb ki, Ermənistan üçün prioritet onun harada yazılacağı deyil, mexanizmin özüdür.
Bizim.Media