"Real"ın futbolçuları Rodriqo Qoes və David Alaba Madrid klubunun növbəti oyunlarını buraxacaqlar.
Bizim.Media "Marca"ya istinadən xəbər verir ki, hər iki oyunçu zədəlidir.
Alabanın sıraya dönməsi üçün təxminən 1 ay vaxt lazımdır. Qomesin isə 10 gün komandasına kömək edə bilməyəcəyi qeyd olunub.
Bu isə o deməkdir ki, sözügedən futbolçular fevralın 25-də La Liqada "Atletiko" və martın 2-də "Barselona" ilə Kral kubokunun ilk yarımfinal matçını buraxacaqlar.
Bizim.Media