Azərbaycanda yeni Rəqabət Məcəlləsi HAZIRLANDI

"Rəqabət Məcəlləsi layihəsi Azərbaycanda antiinhisar qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə bu sahədə mövcud qanunvericilik aktları əsasında, beynəlxalq təcrübə, o cümlədən Avropa, MDB dövlətlərinin təcrübələri öyrənilməklə yeni hazırlanıb".

Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu" mövzusunda elmi konfransda deyib.

O, qeyd edib ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi Azərbaycanda rəqabət mühitində və antiinhisar siyasətində rəqabəti və azad sahibkarlığı təşviq etməklə həm iqtisadiyyatın inkişafını, həm də istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiyyətini təmin edəcək.

M.Abbasbəyli bildirib ki, azad rəqabət mühitinin təmin olunması dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri olduğu üçün bu sahədə fəaliyyətin surətləndirilməsi məqsədilə hazırlanmış "Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2023‒2026-cı illərdə Milli Fəaliyyət Proqramı"nın layihəsi bu istiqamətdə atılan növbəti addımdır:

"Milli fəaliyyət proqramı kiçik və orta biznes subyektlərinin bazara girişinin və bazarda inkişafının qarşısını alan maneələrin ortadan qaldırılmasına, bəzi təbii inhisar sahələrinin mərhələli şəkildə rəqabətli bazara keçidinin formalaşmasına, rəqabət orqanının təsir dairəsinin genişləndirilməsinə və digər vacib hədəf göstəricilərinə, o cümlədən ölkənin rəqabət indeksinin müəyyən edilməsi metodologiyasına dair tələbləri özündə əks etdirir.

Dövlət satınalmaları sahəsində saxtakarlıqların qarşısının alınması və tam şəffaf mexanizmlərin yaradılması üçün həyata keçirilən Dövlət satınalmalarına nəzarət funksiyası isə ölkədə sağlam və davamlı rəqabətin, habelə sahibkarlığın inkişafının təmin olunmasına şərait yaradır.
Bu məqsədlə Dövlət Xidməti tərəfindən "Dövlət satınalmaları haqqında" yeni Qanun layihəsi hazırlanaraq hökumətə təqdim olunub", - Dövlət Xidmətinin rəhbəri bildirib.

M.Abbasbəyli deyib ki, "Ticarət fəaliyyəti haqqında" Qanun layihəsi üzərində fəaliyyət davam etdirilir:

"Bu qanun Azərbaycan ərazisində ticarət fəaliyyətinin təşkili və həyata keçirilməsinin hüquqi əsaslarını və bu sahədə sahibkarlıq subyektlərinin öz aralarında yaranan münasibətləri tənzimləyəcək, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin bazara girişini asanlaşdıracaq və onların iri sahibkarlıq subyektləri qarşısında mənafelərini təmin edəcək".

O, xatırladıb ki, ölkə başçısının 2023-cü il 23 yanvar tarixli Sərəncamı ilə "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib:

"Bu dövlət proqramının qəbulu və növbəti 3 il ərzində icrasının əsas strateji hədəfləri ölkənin standartlaşdırma sisteminin dünya standartlaşdırma sisteminə harmonizə olunması, standartlaşdırma məhsullarının rəqabət qabiliyyətliliyinin artırılmasına töhfə verən fəaliyyətə çevrilməsi, qeyri-qida istehlak mallarının təhlükəsizliyinə risk əsaslı dövlət nəzarəti sisteminin formalaşdırılması, müasir laboratoriyalar şəbəkəsinin qurulması, texniki tənzimləmə və standartlaşdırma sahəsində elektronlaşdırmanın təmin edilməsinə və digər məsələlərə xidmət edir".

M.Abbasbəyli qeyd edib ki, rəqabət qanunvericiliyinin təkmilləşdirilməsi ilə yanaşı keyfiyyət əsaslı və rəqabətcil sahibkarlığın inkişafına dəstək məqsədilə Dövlət Xidməti tərəfindən təqdim edilən xidmətlərin rəqəmsallaşdırılması üzrə də bir sıra işlər icra edilib:
"Elektron Rəqabət Portalının yaradılması və digər dövlət qurumlarında tətbiq edilən informasiya sistemləri ilə inteqrasiya edilməsi məqsədilə "Antiinhisar, haqsız rəqabət və istehlakçıların hüquqlarının qorunması sahələrində innovativ idarəetmənin təmin edilməsi haqqında" müvafiq normativ-hüquqi aktların layihəsi hazırlanaraq hökumətə təqdim edilib.

Həmçinin standartlaşdırma, metrologiya və akkreditasiya sahələrində nəzarətin təşkili üçün rəqəmsal platformanın – "Keyfiyyət Portalı"nın yaradılması ilə bağlı hazırlanmış müvafiq qanunlara dəyişiklik layihəsi aidiyyəti üzrə təqdim olunub".

M.Abbasbəyli etender.gov.az portalın funksionallığının artırılması üzrə təkmilləşdirmə işlərinin aparıldığını bildirərək qeyd edib ki, istifadəçi interfeysi artıq yenilənib: "Elektron portala yeni inteqrasiyalar həyata keçirilib.
Mərkəzi Bankın elektron qarantiyalar reyestri ilə inteqrasiya yekunlaşıb. Növbəti mərhələdə Dövlət Vergi Xidməti ilə vergi arayışlarının inteqrasiyası, daha sonra isə əlavə olaraq Dövlət Statistika Komitəsinin sahibkarlıq subyektləri reyestri ilə inteqrasiya nəzərdə tutulub".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və Çin arasında sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edildi

Azərbaycan və Çin arasında sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edildi

İkinci Liqa: “Şəmkir” səfərdə uduzdu

İkinci Liqa: “Şəmkir” səfərdə uduzdu

Bunları bilmədən yumurta ALMAYIN

Bunları bilmədən yumurta ALMAYIN

“Neftçi”dən gedən hücumçu bu kluba KEÇDİ

“Neftçi”dən gedən hücumçu bu kluba KEÇDİ

Zaurdan Xalq artistinə: “70 illiyini Lalənin verilişində qeyd etdiyin üçün küsdüm” - VİDEO

Zaurdan Xalq artistinə: “70 illiyini Lalənin verilişində qeyd etdiyin üçün küsdüm” - VİDEO

İlin ən yaxşı klubu PSJ SEÇİLDİ

İlin ən yaxşı klubu PSJ SEÇİLDİ

Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi

Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi

BMT tribunasından İsraili soyqırım törətməkdə ittiham edərkən Ərdoğanın “səsi kəsildi” - ANBAAN VİDEO

BMT tribunasından İsraili soyqırım törətməkdə ittiham edərkən Ərdoğanın “səsi kəsildi” - ANBAAN VİDEO

"Qızıl top"un sahibi MÜƏYYƏNLƏŞDİ

"Qızıl top"un sahibi MÜƏYYƏNLƏŞDİ

Sabirabadda zəlzələ BAŞ VERDİ

Sabirabadda zəlzələ BAŞ VERDİ

“Turan”da serbiyalı voleybolçu

“Turan”da serbiyalı voleybolçu

Ərdoğan: “Netanyahu hökumətinin məqsədi Fələstin dövlətinin qurulmasını mümkünsüz etməkdir” - VİDEO

Ərdoğan: “Netanyahu hökumətinin məqsədi Fələstin dövlətinin qurulmasını mümkünsüz etməkdir” - VİDEO

“Lev Yaşin” mükafatının qalibi BİLİNDİ

“Lev Yaşin” mükafatının qalibi BİLİNDİ

İlham Əliyev Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti ilə görüşüb - FOTO

İlham Əliyev Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti ilə görüşüb - FOTO

İlin ən yaxşı gənc futbolçusu MƏLUM OLDU

İlin ən yaxşı gənc futbolçusu MƏLUM OLDU

Əlikram AĞLADI: “Həyatımın ən dəhşətli günləri idi” - VİDEO

Əlikram AĞLADI: “Həyatımın ən dəhşətli günləri idi” - VİDEO

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Sea Breeze and Real Estate” panel sessiyası keçirildi - FOTO

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Sea Breeze and Real Estate” panel sessiyası keçirildi - FOTO

Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra öldü

Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra öldü

İlin ən yaxşı məşqçisi müəyyənləşdi - FOTO

İlin ən yaxşı məşqçisi müəyyənləşdi - FOTO

Qaxda 64 yaşlı piyadanı maşın vuraraq öldürdü

Qaxda 64 yaşlı piyadanı maşın vuraraq öldürdü

Fransa Fələstin dövlətini rəsmən TANIDI - VİDEO

Fransa Fələstin dövlətini rəsmən TANIDI - VİDEO

“Tottenhem” bu futbolçu ilə bağlı QƏRAR VERDİ

“Tottenhem” bu futbolçu ilə bağlı QƏRAR VERDİ

Bakıda şadlıq sarayında yanğın baş verdi - FOTO

Bakıda şadlıq sarayında yanğın baş verdi - FOTO

İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşdü - FOTO

İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşdü - FOTO

End of content

No more pages to load

RADİO