Türkiyədə baş vermiş zəlzələdən sonra dağıntılar altından 1 874 kimsəsiz uşaq çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, 1 353 uşaq ailələrinə təhvil verilib. Eyni zamanda, 99 uşaq azyaşlılar üzrə müəssisələrin himayəsinə göndərilib.
Hazırda zəlzələ zamanı xəsarət alan 422 uşağın müalicə prosesi davam edir. Nazirlik müalicə prosesinə nəzarət edir.
Uşaqlardan 1 768-nin şəxsiyyəti müəyyən olunub. Azyaşlılardan 106-nın şəxsiyyəti naməlumdur.
Xatırladaq ki, zəlzələ nəticəsində 43 556 nəfər ölüb.
Bizim.Media