Ermənistanda fevralın 19-da hərbi qulluqçu Ayk Aramoviç Petrosyanın ölümü faktı ilə bağlı daha bir nəfər həbs edilib.
Bizim.Media yerli KİV-ə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin döyüş mövqeyi komandirinin köməkçisi saxlanılıb.
Xatırladaq ki, əsgər 2004-cü il təvəllüdlüdür.
Fevralın 19-da saat 12:45 radələrində o, baş nahiyəsindən güllə yarası alıb. İlkin məlumata görə, atəş ona təyin olunmuş silahdan açılıb.
Qeyd edək ki, insidentlə bağlı bir neçə gün öncə müqaviləli hərbi qulluqçu da saxlanılıb.
Bizim.Media