Xəbər verdiyimiz kimi ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Leo Dokert Azərbaycanla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, Avropa üzrə dövlət naziri özünün “Twitter” hesabında Britaniyanın Azərbaycanda ən mühüm investor olduğunu qeyd edib.
“Böyük Britaniyanın təcrübəsi Azərbaycanda mühüm rol oynamağa davam edə bilər. Avropanın Rusiyadan asılılığını azaltmaq üçün enerjinin şaxələndirilməsində də mühüm rol oynaya bilərik”, - deyə L.Dokert bildirib.
Bizim.Media