Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-ın ölkəyə yeni təyin olunmuş səfiri Kristina Kvin ilə görüşüb.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, erməni nazir diplomatla Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib.
Qeyd edilib ki, tərəflər həmçinin regiondakı vəziyyət barədə də danışıblar.
Bizim.Media