Jurnalistdən Nahidə Orucovanın oğurluq ittihamlarına CAVAB: “Dünyanı dağıdaram” - VİDEO

“Bu iddiaların heç birini qəbul etmirəm. Böhtan atmağa qalsa, mən nə cür formada istəsəm, danışa bilərəm. Ayıbdır! Biz çörək kəsmişik. Yəgin ki, hansısa anlaşılmazlıq var ki, Nahidə xanım elə deyir. Sabah mən efirə gələcəyəm. Nahidə xanım da gəlsin. Şər atmağa qalsa o qədər şər atmaq olar ki… Böhtanla insanın üzərinə yerimək olmaz”.

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalist Şəfəq Ağacan “Təsir dairəsi” ictimai-sosial verilişinin canlı efirinə zəng edərək bildirib.

Jurnalist Əməkdar artist Nahidə Orucovun səsləndirdiyi “Şəfəq Ağacan evimdə qaldığı zamanı 1650 manat pulum yoxa çıxıb” ittihamlarına cavab verib.  

“Nahidə xanım özü Allah şahididir ki, neçə insan mənə zəng vurub, onlara təmənnasız kömək etmişəm. Heç cibimdə pul olmasa da… Milyonu qabağıma tökərlər gözümün ucu ilə belə baxmaram. Haram tikə mənə lazım deyil. Efirə gəlib, bütün suallara cavab verməyə hazıram”.

Verilişin aparıcısı Lalə Azərtaşın “Bu məsələ bir aydır ki davam edir. Nahidə xanım sizə dəfələrlə  zəng edib, amma siz onun telefonlarını açmırsınız. Niyə?” sualına Şəfəq belə cavab verib:

“Qeyd etdim ki, özümün səhhətində və ailəmdə problemlər var. Buna görə də mən heç bir telefon zənglərinə cavab vermirdim. Nahidə xanım bu haqda mənə deyəndə, dedim nə danışırsan? Dediyinin fərqindəsən? Nahidə xanım bir şeyi başa düşmür ki, dediyi böhtanla heç məni yox, övladıma, ailəmə sabah hansısa bir ciddi problem yaransa o bunun altından çıxa biləcək? Çıxa bilməyəcək… Yenə də deyirəm ki, burada hansısa anlaşılmazlıq var, bəlkə ortaya girən başqa adam var, orasını bilmirəm. Tanıyanlar məni yaxşı bilirlər ki, mənim elə şeylərlə aidiyyatım yoxdur. Ayıb olan şeylərdir. Mənə də, Nahidə xanıma da ayıbdır. Çox böyük ajiotaj yaranıb. Övladım, anam sarsıntı keçirib. Sabah uşağım bir şey eləsə, Nahidə xanım bundan qurtara biləcək? Ona görə, gərək mən dünyanı dağıdam. Uşağım tələbədir, onun anasını efir vasitəsi ilə ittiham edirlər, bu ən böyük günahdır. Heç olmasa, Allahdan qorxsun”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniya millisinin üzvü “Fənərbağça”ya keçir

Almaniya millisinin üzvü “Fənərbağça”ya keçir

İranda əsgərlik yaşı 12-yə endirildi

İranda əsgərlik yaşı 12-yə endirildi

Hindistanda dəhşətli qəza: On dörd nəfər diri-diri yandı

Hindistanda dəhşətli qəza: On dörd nəfər diri-diri yandı

Afrikadakı qatil göl - bir neçə dəqiqədə yüzlərlə insanın həyatına son qoyub - FOTO

Afrikadakı qatil göl - bir neçə dəqiqədə yüzlərlə insanın həyatına son qoyub - FOTO

Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Milimizin son məşqi - FOTO

Milimizin son məşqi - FOTO

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

End of content

No more pages to load

RADİO