İran mollası: "Vəziyyət o qədər pisdir ki, insanlar mühacirət əvəzinə ölkədən qaçır!"
Bizim.Media "Azad İrana" a istinadən xəbər verir ki, bu sözləri Tehran Universitetinin Hüquq fakültəsinin professoru Məhəmməd Əli Əyazi "rouydad24.ir" saytına müsahibəsində bildirib.
Əyazi, ölkənin zəif iqtisadi vəziyyətinə işarə edərək bir neçə məqamı açıqlayıb:
"Vəziyyət o qədər acınacaqlıdır ki, mühacirət əvəzinə demək lazımdır ki, insanlar sakit həyat üçün ölkədən qaçırlar və buna görə də dünyanın bir çox ölkələri anti-İranizm və İranfobiya üzərində qurulub".
Bizim.Media