PSJ-nin futbolçusu Lionel Messi "Barselona"nın oyunçuları Serxio Buskets və Jordi Alba ilə görüşüb.
Bizim.Media xəbər verir ki, ötən gün Barselonaya gedən argentinalı hücumçu keçmiş komanda yoldaşları ilə bir araya gəlib.
Futbolçuların ailələri də görüşdə iştirak edib.
Qeyd edək ki, Messi 2004-2021-ci illərdə "Barselona"da çıxış edib. Onun bir neçə dostu və atası da hazırda Barselonada yaşayır.

Bizim.Media