Rumıniya hökuməti paytaxt Buxarestdə “Rusiya evi” kimi fəaliyyət göstərən Rusiya Mədəniyyət və Elm Mərkəzini bağlayıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rumıniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Moskvanın Buxarestdəki səfiri Valeriy Kuzmin fevralın 21-də Rumıniya XİN-ə çağırılıb və qərarla bağlı məlumatlandırılıb.
Nazirlikdən qeyd olunub ki, mərkəz reallığın və tarixi həqiqətin Rumıniya ictimai rəyi səviyyəsində təhrif edilməsinə yönəlmiş fəaliyyətlə məşğul olub.
Bildirilib ki, Rusiya Ukraynaya hərbi müdaxilə edəndən sonra mərkəzin bu istiqamətdə fəaliyyəti intensivləşib.
Bizim.Media