Türkiyənin Kahramanmaraş vilayətində baş vermiş güclü zəlzələdən sonra indiyədək 7 min 242 afterşok qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin direktoru Orxan Tatar deyib.
O bildirib ki, 5 bal və daha böyük gücdə olan afterşoklar ciddi şəkildə zərər görmüş binalarda dağıntılara səbəb ola bilir.
Bizim.Media