Xəbər verdiyimiz kimi, ötən gün 67 yaşında mədə xərçəngindən dünyasını dəyişən Xalq artisti Ramiz Novruzov az əvvəl Qurd Qapısı ərazisində yerləşən İkinci Fəxri Xiyabanda dəfn olunub.
Dəfn zamanı aktyorun həyat yoldaşının vəziyyəti qəfil pisləşib və o, huşunu itirib.
Həmin anlar isə dəfn mərasimində iştirak edən Bizim.Media-nın əməkdaşı tərəfindən lentə alınıb.
Aktyorun həyat yoldaşına ailə üzvləri özünə gəlməsi üçün dəstək olublar.
Rəşad Əliyev, Bizim.Media