ABŞ-ın Rusiyadakı səfiri Linn Treysi ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Səfirə ABŞ-ın Ukraynada davam edən hərbi əməliyyatlarda iştirak dərəcəsinin genişlənməsi ilə bağlı etiraz bildirilib.
“Vaşinqton hərbçilərinin və hərbi texnikasının çıxarılmasını nəzərdə tutan addımlar atmalı, həmçinin, anti-rus aktivliyinə son qoymalıdır”, XİN-in açıqlamasında deyilir.
ABŞ-dan “Şimal axını” kəmərlərində baş verən partlayışlarla bağlı izahat da tələb olunub.
Bizim.Media