Rusiya strateji hücum silahlarının azaldılması müqaviləsində iştirakını dayandırır.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.
O, Rusiyanın müqavilədən çıxmadığını, sadəcə içtirakını dayandırdığını söyləyib.
"Vaşinqton nüvə silahının təbii sınağı haqqında düşünür, belə məlumatlar var", - deyə qeyd edən V.Putin bildirib ki, ABŞ bunu ilk etsə, Rusiya Müdafiə Nazirliyi və Rosatom Rusiyanın nüvə silahlarını sınaqdan keçirməyə hazır olduğunu təmin etməlidir.
Bizim.Media