Bu ilin yanvar ayında Azərbaycanın neft-qaz sektoruna 349,7 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 6,15% azdır.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 372,6 mln. manat səviyyəsində olub.
Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 400,4 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 6,3% azdır.
Bizim.Media