Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkənlərə dəstək məqsədi ilə qardaş ölkəyə yollanmış Azərbaycan könüllüləri ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Gənclər Fondunun məlumatında bildirilir.
Ərdoğan zəlzələ bölgəsində xidmət edən Azərbaycan könüllülərinə təşəkkür edib:
"Xoş gəldiniz, xoş gəldiniz. Maşallah. Azərbaycanlı qardaşlarımız".
Azərbaycan könüllüləri də öz növbəsində Prezident Ərdoğana başsağlığı verib.
Bizim.Media