Almaniya vətəndaşlarına Rusiyaya səfər etməmək barədə xəbərdarlıq edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik Rusiyadakı vətəndaşlarını yaxın günlərdə ehtiyatlı olmağa çağırıb.
“Rusiya Federasiyasına səyahət tövsiyə edilmir”, - deyə nazirliyin məlumatında qeyd olunub.
Eyni zamanda, Almaniya Xarici İşlər Nazirliyi Ukrayna ilə həmsərhəd şəhərlərə səfərlərə qarşı da xəbərdarlıq edib.
Nazirliyin məlumatında qeyd olunub ki, Belqorod, Kursk, Bryansk, Voronej, Rostov və Krasnodara getmək məsləhət görülmür.
Bizim.Media